AZ

Sasunyan: “Ermənistanda şir var. Erməni oliqarxı bir neçə aslan saxlayıb. Bəs Nikol bunu bilmir?”

“Baş nazir Nikol Paşinyanın Ermənistanın milli maraqlarına zidd bəyanatları hər gün daha da təşviş doğurur”.

KONKRET.az xəbər verir ki, bunu “Kaliforniya kuryeri”nin erməni yazarı Arut Sasunyan bildirib.

O, öz məqaləsində vurğulayıb ki, “Paşinyan əvvəlcə ermənilərin ən mühüm simvolu olan Ağrı dağının əhəmiyyətini azaldıb. Daha sonra o, Ermənistanın Dövlət Gerbinə lağ edib, niyə onun üzərində aslan olduğunu soruşub və Ermənistanda şirlərin olmadığını iddia edib. Paşinyan bu açıqlama ilə üç faktiki səhvə yol verib.

O, başa düşmürdü ki, gerbdəki şir cəsarət və güc simvoludur. Bunun isə Ermənistanda aslanların olub-olmaması ilə heç bir əlaqəsi yoxdur.

Ondan çox ölkə var ki, gerbində şir var, amma bu ölkələrin şirləri yoxdur;

O da səhv edir ki, Ermənistanda şir yoxdur. Məşhur erməni oliqarxlarından biri uzun illər malikanəsində bir neçə aslan saxlayıb.

Baş nazir daha sonra Ermənistanın dövlət himni ilə bağlı təhqiramiz ifadələr işlədib və orada “düşmən” sözünün olduğunu deyib. Daha bir neçə ölkə var ki, onların dövlət himnlərində də “düşmən” sözü var.

Paşinyan gileylənməkdə davam edib ki, bu gün “Ermənistan ordusu” deyilən şey “Ermənistan ordusu”, “Erməni xalqının tarixi” dərslikləri isə “Ermənistan tarixi” adlanmalıdır. O, həm də bugünkü Ermənistanı keçmişindən uzaqlaşdırmaq istəyir, “Real Ermənistan”la “Tarixi Ermənistan”ı qarşıya qoyub. Daha sonra prezident Əliyevin xahişi ilə o, Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsini təklif edib, oradan Qarabağ və “erməni soyqırımı” ilə bağlı qeydlər istisna edilməsi vurğulanıb.

Keçən həftə mən Paşinyanın baş köməkçilərindən birinin “erməni soyqırımı”nın 1,5 milyon “qurbanı”nın siyahısının tərtib edilməsi ilə bağlı inanılmaz təklifi haqqında yazmışdım. Bu, “erməni soyqırımı” reallığını şübhə altına almağın dolayı yoludur.

Bütün bu açıqlamalar sübut edir ki, Paşinyan Azərbaycan və Türkiyəni razı salmaq üçün Ermənistanın və erməni xalqının milli mövqelərindən geri çəkilir. O, “erməni soyqırımı”nı 11 dəfə “Böyük qırğın”, cəmi 4 dəfə “Soyqırımı” adlandırıb.

Təəccüblü deyil ki, aprelin 24-də verdiyi bəyanatda Paşinyan növbəti dəfə “soyqırım” ifadəsinin mənasını təhrif edib, erməni milli simvollarını və terminologiyasını ləkələmək cəhdlərini davam etdirir.

Paşinyan təəssüflə bildirib ki, “Böyük qırğın”a görə Ermənistan tez-tez başqa ölkələrlə psixi təşviş və ya ajiotaj vəziyyətində davranır. “Ona görə də bəzən reallıqlarla faktorları, tarixi proseslərlə proqnoz üfüqlərini düzgün ayıra bilmirik. Bəlkə də buna görədir ki, biz yeni sarsıntılar yaşayırıq, Erməni Soyqırımı travmasını miras və ənənə kimi yaşayırıq”. Paşinyan bu bəyanatı ilə səriştəsiz qərarlarını və dövləti yanlış idarə etməsini 1915-ci il soyqırımının xatirəsi ilə izah edir.

Bundan sonra Paşinyan gözlənilmədən ermənilərə təklif etib ki, “Vətən axtarışını dayandırın, çünki biz süd və balın axdığı Vətəni, Vəd edilmiş torpağımızı tapdıq”. Belə çıxır ki, Paşinyan reallığı bütün qavrayışını itirib. O, ontoloji problemləri ilə Ermənistanı “süd və balın axdığı vəd edilmiş torpaq…” kimi səciyyələndirir. Çox güman ki, o, ailəsi ilə erməni vergi ödəyicilərinin hesabına dəbdəbəli həyat sürür.

Paşinyanın 24 aprel mesajı yalnız Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Ərdoğanı qane edib. Aprelin 24-də Türkiyənin Vaşinqtondakı səfirliyi önünə toplaşan və oradakı erməni etirazçıların üzünə “Paşinyan, Paşinyan, Paşinyan” şüarları səsləndirən türk kütləsi bu həzzin sübutu oldu”.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
50
Mənbələr
Şərh ()
Bağla