AZ

“Dünya bu vəziyyətdən də çıxacaq” - ŞƏRH OLUNDU

“Təəssüflər olsun ki, hazırda dünyada vəziyyət çox gərgindir. Dünya iki qarşı cəbhəyə bölünüb və bu cür vəziyyət yolverilməzdir. Kiçik bir planetdə vaxtaşırı bu və ya digər bölgədə qanlı döyüşlərin getməsi heç də bəşəriyyətin müsbət imici sayıla bilməz. Lakin bununla belə tarixdə belə hallar vaxtaşırı olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, hər zaman sülhə çıxış yolu tapılıb: “Hər zaman son nəticə olaraq sülh əldə olunub. Hətta düşmən olan ölkələr sonradan dosta çevriliblər. Hesab edirəm ki, hazırki vəziyyətdən də çıxış yolu tapmaq lazımdır. Vaxtilə torpaqlarımız işğal olunduğuna görə, olan Azərbaycan-Ermənistan qarşıdurması sona çatdı. Çünki Azərbaycan öz torpaqlarını azad etdi.

Bu gün Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar, mühüm işlər görülüb. Artıq Ermənistanla aramızda həll edilməmiş məsələ qalmayıb. Dünyada da hazırda bir neçə cəbhədə qızğın qarşıdurmalar gedir. Hətta hər iki mübahisədə dünya iki yerə bölünüb, hər kəsin müdafiə etdiyi tərəf digərindən fərqlənir. Bu isə digər dövlətlər arasında da sözlü qarşıdurmalara gətirib çıxara bilər. Lakin bütün bunlara baxmayaraq, dünya bu vəziyyətdən də çıxa biləcək”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla