AZ

Ehtiyatsızlıqdan tanışını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Mingəçevirdə ehtiyatsızlıqdan tanışını öldürməkdə təqsirləndirilən Sadiq Yusifovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

Hakim Güləndam Quliyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Sadiq Yusifovun şəhərin Günəşli Bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı, 1983-cü il təvəllüdlü Aqil Əhmədova tir silahından açdığı atəş nəticəsində öldürməkdə təqsirləndirilir. S.Yusifova qarşı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
e-huquq.az

1Mənbələr