AZ

Fərid Şəfiyev: Türk dövlətlərinin Qarabağın bərpasında iştirakı çox önəmli xarakter daşıyır

"Qardaş Türk dövlətlərinin işğaldan azad olunmuş Qarabağın bərpasında iştirakı çox önəmli xarakter daşıyır".

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən "Qırğızıstan-Azərbaycan İkitərəfli Münasibətləri müasir mərhələdə: Strateji Tərəfdaşlığın Genişləndirilməsi" mövzusunda dəyirmi masada bildirib.

O, Qırğızıstanın işğaldan azad olunmuş ərazilərdə məktəb binası tikəcəyini xatırladıb: “Bu, bir tərəfdən ərazilərin bərpasına töhfədir. Digər tərəfdən isə Azərbaycana belə bir hədiyyənin məhz qardaş Türk xalqı tərəfindən edilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Qırğızıstanda önəmli investisiya layihələri həyata keçirir. İkitərəfli platformadan başqa, Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlıq çox önəmlidir. Digər vacib tərəfdaşlıq platformaları çərçivəsində də münasibətlərimiz davam edir. Qeyd etmək istəyirəm ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqdan savayı, başqa platformalar da var”.

Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanaliyev isə Prezident Sadır Japarovun Azərbaycana səfərini münasibətlərdə yeni mərhələyə keçidin başlanğıcı adlandırıb:

“Biz hesab edirik ki, hər iki ölkə arasında əməkdaşlıq üçün olduqca geniş imkanlar var və bu imkanlardan istifadə etməklə, münasibətlərimizi yeni mərhələyə yüksəltmək üçün əlimizdən gələni əsirgəməyəcəyik".

O da qeyd edilib ki, qlobal məcradakı hadisələr fonunda Türk dünyası ölkələrinin bir-biri ilə daha sıx əməkdaşlıq etməsi olduqca önəmlidir.

Səfir diqqətə çatdırıb ki, Qırğızıstan Füzulidə xatirə kompleksinin inşasında da iştirak edəcək.

Azərbaycanın Polşadakı keçmiş səfiri, sabiq xarici işlər naziri Həsən Həsənov isə tarixə ekskurs edib.

O bildirib ki, torpaqlarının işğaldan azad olunmasına qədər Azərbaycan digər ölkələrlə münasibətləri onların işğal faktoruna yanaşması əsasında tənzimləyirdi:

"İndi isə münasibətlərdə yeni mərhələ başlayır. Mən hesab edirəm ki, hazırda Türk dövlətləri arasındakı əlaqələrə yeni və daha geniş nöqteyi-nəzərdən yanaşılmalıdır".

Tədbirdə ikitərəfli münasibətlərdə indiyədək əldə olunan nəticələr və perspektiv planlar barədə geniş məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Fərid Fərid Fərid Fərid Fərid Fərid Fərid Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
apa.az

2Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh