AZ

“Hər iki ölkə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Orta Asiya ölkələri ilə intensiv şəkildə əlaqələrini genişləndirir. Burada bir sıra amillərin rolu böyükdür. Belə ki, ortaq dinin olması, oxşar mədəni dəyərlər, tarixən formalaşmış əlaqələrin olması və s. Azərbaycanla Orta Asiya ölkələri arasında əməkdaşlığı daha dinamik edən əsas amillərdəndir. Bu mənada Qırğızıstan ilə Azərbaycan arasında da həm siyasi, həm iqtisadi sahədə təmasların, əməkdaşlığın dinamik inkişaf etdiyini görürük. Hər iki ölkə dövlət başçısının da qeyd etdiyi kimi, öz aralarında əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdırlar və bunun təmin olunması üçün praktik addımlar atılır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, Azərbaycan Qırğız inkişaf fondunun vəsaitinin 100 milyona çatdırılması bir daha iki ölkə arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir: “Nəqliyyat və energetika sahəsində Azərbaycan geniş əməkdaşlıq imkanlarına malikdir. Bizimlə əməkdaşlıq edən ölkələr bu sahədə Azərbaycanın böyük potensialının olduğunu görür.

Eləcə də, iqtisadiyyatın digər sahələri, turizm, bərpaolunan enerji və s. sahələrdə Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın yaxşı perspektivləri var. İki ölkə arasında imzalanan sənədlər də müxtəlif istiqamətlərdə gələcək əməkdaşlıqlar üçün gözəl təməl qoyur. Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın hərəkətverici qüvvəsi rolunda iki ölkə rəhbəri arasında olan səmimi dostluq münasibətləri çıxış edir. Qarşılıqlı, intensiv səfərlər iki ölkə arasındakı münasibətlərin daha sürətli inkişafına şərait yaradır”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla