Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Futbolpress.az xəbər verir ki, yarışın ikinci günündə daha 3 cüdoçumuz tatamiyə çıxacaq. 73 kq. çəki dərəcəsində Azərbaycanın 2 təmsilçisi, üçqat Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev güclərini sınayacaqlar. Daha bir cüdoçu Zelim Tçkayev (81 kq) də medal qazanmağa çalışacaq. Yarışın ilk günündə Balabəy Ağayev gümüş medal qazanmışdı.