AZ

Daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə qoşulacaq. SİA xəbər verir ki, üçqat Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev 73 kq-da tatamı üzərinə çıxacaq.

Zelim Tçkayev isə 81 kq çəki dərəcəsində rəqiblərini üstələməyə çalışacaq.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla