AZ

FİFA və UEFA İspaniya klublarını və milli komandalarını turnirlərdən kənarlaşdıra bilər

Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) hökumətin İspaniya Kral Futbol Federasiyasının (RFEF) işlərinə qarışması səbəbindən İspaniya klubları və milli komandalarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər.

 

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə  “Marca” məlumat yayıb.

 

İspaniya hökuməti daha əvvəl RFEF-in işinə nəzarət edəcək xüsusi komissiya yaratmaq qərarına gəlib.

 

Nəşrin məlumatına görə, bu səbəbdən İspaniya millisinin 2024-cü il Avropa çempionatında və klubların növbəti mövsümdə avrokuboklarda iştirakı təhlükə altındadır.

 

İspaniya hökuməti artıq bunun mümkün nəticələrindən xəbərdardır.

 

2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib.

 

Martda Rusiya yığması Serbiya ilə yoldaşlıq oyunu keçirib və 4:0 hesabı ilə qalib gəlib. Bu, Avropa yığması ilə cəzadan sonra ilk oyun idi.

 

Nigar

 

Seçilən
29
8
Mənbələr
Şərh ()
Bağla