AZ

FİFA və UEFA İspaniyanı hədələdi: Ölümcül nəticələri olacaq

İspaniya klubları UEFA-nın himayəsi altında keçirilən Avropa yarışlarından – Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasından uzaqlaşdırıla bilər. İspaniya millisi Avro-2024 və Parisdə 2024-cü il Olimpiya Oyunlarından diskvalifikasiya ərəfəsindədir.

Publika.az xəbər verir ki, İspaniyanın AS nəşri qeyd edir ki , qalmaqala səbəb İspaniya hökumətinin Kral Futbol Federasiyasının (RFEF) işinə müdaxiləsidir.

İspaniya Ali İdman Şurasının (CSD) prezidenti Xose Manuel Rodriges-Uribes UEFA və FİFA-ya hökumətin RFEF-in fəaliyyətinə müdaxiləsi və İspaniya futbol federasiyasına siyasi təzyiqlərlə bağlı məktub göndərib.

FİFA və UEFA İspaniya hökumətinin RFEF-in üzərinə qoymaq istədiyi xüsusi Komissiyanın yaradılması ilə bağlı vəziyyəti diqqətlə izləyir və RFEF-in işinə siyasi müdaxiləyə dözməyəcəkləri barədə xəbərdarlıq edir.

Bundan sonra iki ssenari mümkündür. FİFA və UEFA vəziyyəti daha da öyrənə bilər və hadisələrin inkişafı üçün heç bir tədbir görməz. Və ya siyasi müdaxilənin baş verdiyinə qərar verər və RFEF-ə qarşı tədbir görər.

Nyon və Sürixdə xəbərdarlıq edirlər ki, ikinci variant ispan futbolu üçün ölümcül nəticələrlə doludur. Belə olan halda, bir neçə gün ərzində FİFA İspaniya federasiyasının fəaliyyətini dayandıracaq və o, avtomatik olaraq UEFA-nın bütün yarış və turnirlərindən kənarlaşdırılacaq:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
8
Mənbələr
Şərh ()
Bağla