AZ

“IM LS6” Training-Test Drive Trekində!

(®) "IM Motors"un yeni elektromobil IM LS6”-nın və artıq tanınmış "IM LS7"-nin sınaq yürüşləri baş tutub.

Aprelin 14-ü IM Motors brendinin Azərbaycanda rəsmi idxalçısı olan ONVOLT MMC” dünyada ən sürətli elektrik SUV kupelərindən birinin – “IM LS6”-nın müştəriləri üçün Training Test-Drive yolunda sınaq yürüşləri imkanı yaradıb. Qeyd edək ki, IM Motors”un, şassi idarə etməsinin quruluşunda Böyük Britaniyanın Formula 1” komandası “Williams Racing” yaxından işitrak edib. Sözügedən avtomobil 787 at gücünə malikdir və 100 km/saat sürəti cəmi 3,4 saniyəyə yığmağa qadirdir.

Qonaqlar IM Motors” brendinin iki avtomobilinin - lüks sedan IM L7” və yeni IM LS6”-nın drag racing”ini izləmək imkanı qazanıblar. 702 km məsafəyə malik MAX Extreme Performance” trimində “IM LS6” modeli 800V yüksək gərginlikli sürətli enerjidoldurma platforması ilə təchiz olunub. Bu yeni nəsil batareyası hesab olunur və sürətli şarj stansiyasında cəmi 15 dəqiqəyə 500 km yürüş məsafəni bərpa edə bilir.

Tədbirdə artıq Azərbaycanda çox sevilən, 100 km/saata 4,5 saniyəyə sürətlənən, 578 at gücünə malik böyük lüks SUV IM LS7” avtomobili də sınaqdan keçirilib.

Dəvət olunan qonaqlar arasında IM LS7” avtomobillərinin sahibləri, tanınmış simalar, media nümayəndələri, həmçinin blogerlər və avtoresenziyaçılar, o cümlədən Orxan Aslanov, Fəxri Əsədov, Natiq Zərbəliyev, İlkin Mustafayev və “4 Çarx” avtomobil redaksiyası iştirak edib.

Avtomobillərə 4 il və ya 100.000 km, batareyaya isə 8 il və ya 200.000 km rəsmi zəmanət verilir.

Əlavə məlumat üçün +994 99 440 0007 nömrəsi ilə əlaqə saxlaya və ya Ceyhun Hacıbəyli 194 ünvanında yerləşən Skywell” satış mərkəzimizə yaxınlaşa bilərsiniz.

IM LS6IM LS7IM Motors
Seçilən
44
3
Mənbələr
Şərh ()
Bağla