AZ

Elektrikli lüks kupe SUV “IM LS6” artıq Azərbaycanda! - FOTO

Çinin ən böyük avtomobil istehsalçısı “SAIC Motor”, “Alibaba Group” və “Zhangjiang Hi-Tech” şirkətlərinin tərəfdaşlığı ilə istehsal olunan “IM Motors” markalı avtomobillərin rəsmi idxalçısı olan “ONVOLT MMC” Azərbaycanda yeni “IM LS6” elektromobilini təqdim edir.

“IM LS6” 4904 x 1988 x 1669 mm ölçülərə malik elektrik krossoveridir. Konfiqurasiyadan asılı olaraq onun gücü 314-787 at gücünə qədər, məsafə diapazonu isə 560-760 km arasında dəyişir. Avtomobillərə 4 il və ya 100 000 km, batareyaya isə 8 il və ya 200 000 km rəsmi zəmanət verilir. Bu avtomobil “Continental” brendinə aid əyləc sisteminə malikdir və dünyada bir nömrə hesab olunan “CATL” şirkətinin batareyası ilə təchiz olunub.

Yeni - “IM LS6” modeli, artıq istifadəçilər arasında məşhurlaşan “IM LS7” modelindən fərqli olaraq, daha kompakt ölçülərə malikdir və lüks SUV kupe seqmentinə məxsusdur.

Qeyd edək ki, “IM LS6”-nın “Nappa” dərisi və ağac işləmələri ilə dizayn olunmuş salonu xüsusilə avtomobil həvəskarlarının marağına səbəb olacaq. Bu avtomobili 39 700 ABŞ dollarından başlayan qiymətlərlə əldə edə bilərsiniz.

Əlavə məlumat üçün +994 99 440 0007 nömrəsi ilə əlaqə saxlaya və ya Ceyhun Hacıbəyli 194 ünvanında yerləşən “Skywell” satış mərkəzimizə yaxınlaşa bilərsiniz.

“Instagram”: https://www.instagram.com/reel/C6EbxZ0MaQq/?igsh=djIxbW45YXh6eGxz

Seçilən
81
3
Mənbələr
Şərh ()
Bağla