AZ

“Ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır” - SƏDR BİLDİRİB

“Bu gün, ölkəmizdə özəl sektorun dəstəklənməsi dövlətsiyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti də məhz müasir dövrün çağırışlarına uyğun sahibkarlığın təşviqinə yönəldilmişdir. Nəzərə alsaq ki, ölkəmizdə fəaliyyət göstərən biznes subyektlərinin 99,6%-ni KOB subyektləri təşkil edir, o zamanda, aydındır ki, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır”. SİA xəbər verir ki, bu sözləri KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusunda konfransda deyib.

Sədr bildirib ki,KOB subyektlərinin yeni bölgü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın fəaliyyətə başladığı 2018-ci il daxil olmaqla 5 illik dövr ərzində KOB subyektlərinin sayı 54% artıb: “Bu müddətdə KOB–ların qeyri/neft-qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5%-dən 27,2%-ə yüksəlmişdir. KOB-lartərəfindən yaradılan əlavə dəyərin həcmi 74%-dən çox artaraq təqribən 17,2 milyard manat təşkil etmişdir. KOB-ların işçilərinin sayında da müsbət dinamika müşahidə olunur. Belə ki, hesabat dövründə bu göstərici 31% qədər artaraq 370 min nəfəri keçib”.

Ləman Sərraf

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla