AZ

Prezidentin kadr siyasəti nələrə söykənir? - MÜNASİBƏT BİLDİRİLDİ

"İdarəetmənin ana xəttinin iqtisadiyyat olduğu fikri bütün dünyada olduğu kimi Azərbaycanda da möhkəmlənməkdədir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O bildirib ki, Prezidentin bu trendləri izləməsi dövlət idarəetməsindəki təyinatlarda da dərhal öz təsdiqini göstərməkdədir: "Məsələn, son kadr islahatlarındakı əsas təyinatlar iqtisadiyyatyönümlü, xüsusilə də, dünyadakı son trendləri bilən, dövlət idarəetməsi mexanizmlərindən məlumatı olan, böyük əksəriyyəti xaricdə təhsil almış şəxslərdən ibarətdir. Əslində bu həm də ona söykənir ki, yenə də dünyada data əsaslı idarəetmə bütün idarəetmə formalarında önə keçməkdədir.

Əgər dövlətin idarə olunması rəqəmlərə, real datalara, real informasiyaların təhlilinə söykənmirsə, hər hansı nəzəriyyəçi çıxıb qərar verər və normal şəkildə idarə olunan sistemə ağır zərbə vurarsa, bu artıq geri dönülməz nəticələrə səbəb ola bilər. Ona görə Prezidentin də ümumi baxışı bundan ibarət oldu ki, tam şəkildə müasir, elmi metodikalardan xəbərdar olan, dünyanın inkişaf etmiş ölkələrində təhsil alan, idarəetmənin ən innovativ formalarından məlumatı olan şəxslərin kadr islahatları nəticəsində məmur korpusuna, idarəetməyə əlavə edilməsi prosesinə də üstünlük verilsin".

Müəllif: Söylü Ağazadə
Seçilən
8
Mənbələr
Şərh ()
Bağla