AZ

Avropa Parlamenti bu qanuna görə Gürcüstanla üzvlük danışıqlarına QARŞI ÇIXDI

Gürcüstanın əleyhinə səsAvropa Parlamenti “xarici təsirin şəffaflığı haqqında” qanunun qüvvədə olduğu müddətdə Avropa İttifaqını (Aİ) Gürcüstanla üzvlük danışıqlarına başlamamağa çağıran məcburi qüvvəyə malik olmayan qətnamənin lehinə səs verib.

Yenicag.az xəbər verir ki, 425 deputat qətnamənin lehinə, 25-i əleyhinə, 30-u isə bitərəf qalıb.

Qətnamə layihəsində Avropa Parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən parlamentə daxil edilməsini qınadığı və bunun Avropa İttifaqının dəyərlərinə uyğun gəlmədiyi, Gürcüstanın Avropa İttifaqına daxil olmaq ambisiyalarına zidd olduğu, Avropa İttifaqına ziyan vurduğu qeyd edilib.

“Avropa Parlamenti hesab edir ki, belə bir qanun qüvvədə olduğu halda, Aİ Gürcüstanla üzvlük danışıqlarına başlamamalıdır”, sənədin mətndə deyilir.

Qeyd edək ki, Avropa Parlamentinə ilkin olaraq dörd qətnamə layihəsi təqdim edilib, müzakirələrin başlanğıcında isə beşinci variant əlavə edilib.

Aprelin 23-nə olan məlumata görə, beş işçi variantın müəllifləri ümumi mətn üzərində razılığa gəliblər.

Xatırladaq ki, ötən həftə Gürcüstanda hakimiyyətin Rusiyanın “xarici agentlər haqqında” qanunu ilə müqayisə edilən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini təbliğ etməsinə qarşı çoxsaylı etiraz aksiyaları keçirilib.

Gürcüstan prezidenti buna veto qoyacağını vəd edir, lakin parlament onun vetosunu ləğv edə biləcək. Layihə artıq birinci oxunuşda qəbul edilib.

Seçilən
73
23
Mənbələr
Şərh ()
Bağla