AZ

Gürcüstan: “Rus qanunu” Avropa arzusuna qarşı | Şərh

Aprelin 17-də Gürcüstan parlamenti birinci oxunuşda “Xarici təsirin şəffaflığı” adlı qanun layihəsini qəbul etdi. Rusiyadakı anoloji sənədi xatırlatdığı üçün sadə dildə ona hamı “İnoagent qanunu” deyir. Sənədin müzakirəsi zamanı Gürcüstan parlamentində düşən dava tezliklə küçələrə çıxdı və özünü kütləvi etirazlar şəkildə göstərməyə başladı. Həftə boyu Tbilisidə etiraz aksiyaları səngiməyib və belə görünür ki, hələ davam edəcək.Müxalifət nəyin bahasına olursa-olsun, layihənin ikinci və üçüncü oxunuşlarda təsdiqlənməsinə imkan verməmək istəyir. Prezident Salome Zurabişvili də onların tərəfindədir. O da sənədi müxalifət liderləri kimi, “rus qanunu” adlandırır. Ümumiyyətlə, qanuna qarşı çıxan hər kəs onu dəstəkləyənləri “Rusiyaya işləməkdə”, “Rusiyanın adamı olmaqda” ittiham edirlər. Onların fikrincə, bu qanun Moskvanın diqtəsilə hazırlanıb.


Layihənin məğzi budur ki, maliyyəsinin 20%-dən çoxu xaricdən gələn təşkilatlar xüsusi reyesterə daxil edilməlidirlər. Bu, xarici dövlətlərin müxtəlif partiyalar, QHT-lər və media orqanları vasitəsilə ölkədəki proseslərə müdaxilə imkanlarını azaltmağa xidmət etməlidir. Əslində tamamilə normaldır və ABŞ və Fransadakına anoloji qanunlara daha çox bənzəyir. Hakim partiya da elə bunu deyir, amma onu dinləyən yoxdur.


Qərbdə də açıq şəkildə bildirirlər ki, bu qanundan rus iyi gəlir və onun qəbulu Gürcüstanın Avropa Birliyinə inteqrasiyasını əngəlləyə bilər. Amma hakimiyyət geri çəkilmək istəmir. “Gürcü arzusu” partiyasının parlamentdəki say çoxluğunu nəzərə alsaq, prezidentin vetosu da ona mane ola bilməyəcək.


İlk baxışdan belə görünür ki, “Gürcü arzusu” gürcülərin arzusunu bir qanuna qurban verməkdə israrlıdır. Diqqətlə baxanda isə, Gürcüstanda da Avropa ilə Rusiyanın qarşıdurmasının gücləndiyini görürük. Doğrudan da, qanunun altında gizlənməklə çox işlər görmək mümkündür.

Tariyel Həsənov
AzVision.az

Seçilən
141
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28869
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27287
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
21097
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18211
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14867
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10710
Sabah 20 dərəcə isti olacaq
10340
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
9894
May ayında Azərbaycana qar yağdı - VİDEO
9077
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8974
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8626
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7572
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7283
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7219
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6968
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6860
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6689
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6670
Azərbaycan nefti ucuzlaşıb
6346
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6330