AZ

“Sülh müqaviləsinin razılaşdırılması üçün heç bir maneə yoxdur” - DEPUTAT FİKİR BİLDİRDİ

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionda sülh və təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq və bölgə dövlətləri arasında etimadlı münasibətlərin formalaşması baxımından tamamilə yeni reallıqların formalaşmasına zəmin yarada, Cənubi Qafqazın uzunmüddətli sabit inkişafını təmin edə bilər. Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında, məhz bu məqamlara xüsusi diqqət çəkdi, sülh prosesinin intensivləşdirilməsinin zəruriliyini vurğuladı. Hazırda Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar vasitəsilə sülh müqaviləsinin razılaşdırılması üçün heç bir maneə yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, delimitasiya prosesinin real məcraya qədəm qoyması, proses çərçivəsində Azərbaycanın eksklav olmayan 4 kəndinin işğalına son qoyulması, digər kəndlərlə bağlı məqamların protokolda öz əksini tapması, birbaşa dialoqun daha effektiv, nəticəyönümlü olduğunu sübuta yetirir: “Ermənistanın, Przeident İlham Əliyevin qeyd etdiyi kimi, sülh müqaviləsində Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsi ilə bağlı məqamların yer alması iddiasından əl çəkməsi, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin bütövlüyünü tanıması qarşılıqlı razılaşmaya maneə yarada bilən əsas faktoru sıradan çıxarıb. Rəsmi İrəvanın konstruktiv əməkdaşlığa və etimadlı münasibətlərin qurulmasına yönələn, kənar müdaxilələrə yol vermədən həyata keşirilməsi zəruri proseslə bağlı sabit mövqe nümayiş etdirəcəyi təqdirdə, dövlətimizin başçısının da qeyd etdiyi kimi, COP29-un keçiriləcəyi zaman kəsiyinədək sülh müqaviləsi imzalana bilər”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
92
50
Mənbələr
Şərh ()
Bağla