AZ

“Sürətli arıqlama ilk olaraq psixologiyamıza təsir göstərir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Sosial şəbəkələrdə verilən dietlər doğru deyil. Bu dietlər qrup şəklində olub hər qrupda 5,10,100 nəfər olur. Eyni bir proqramı qrupdakı hər kəs tətbiq edir. Analiz olmadan, pasientin xəstəliklərini, irsi genetik xəstəliklərini nəzərə almadan bu diet proqramını tətbiq etmək çox zərərlidir. Son vaxtlarda "trend" olan diet proqramından əlavə hazır pəhriz yeməklərini yemək də çox zərərlidir". Bu sözləri SİA-ya açıqlamasında həkim-endokrinoloq Lalə Şamxalova deyib.

Endokrinoloq hazır paket dietlərin orqanizmdə yarada biləcəyi xəstəlikləri sadalayıb: "Hazır paket dietlərdən istifadə orqanizmdə immun sisteminin zəifləməsinə, kəskin saç tökülməsi, kəskin dırnaq qırılmaları, ürək-damar xəstəlikləri riskinə səbəb ola bilir. Bu cür dietlərin müddəti də çox qısa olur. Diet müddətində çəkilər getsə də, diet sonlandıqdan sonra yenidən itirdiyimiz çəkini ya həmən, ya da daha artıq şəkildə geri alınır. İnsanlara diet deyəndə ac qalmaq, az kalorili yeməklər yemək düşünürlər. Amma bu dietdə doğru faktorlar deyil. Uzun müddətli aclıq bədəndə insulin sisteminin azalmasına nəticədə şəkər xəstəliyinin yaranmasına səbəb olur.

“Eyni qaydada diet istəyən pasientlər "mənə çox az kalorili diet tərtib edin daha tez arıqlayım" deyirlər. Sürətli arıqlama varsa, az dəyərli kalori qəbul ediriksə bu hal ilk psixologiyamızın pozulmasına səbəb olacaq, ikinci tez təkrarlanan baş ağrıları, yaddaş pozğunluğu, bədənin tez yorulmasına, ürək ritminin azalmasına və artmasına, xanımlarda menstruasiya pozğunluğuna səbəb olacaq. Hər bir diet hər bir qida rejimi şəxsə özəl olmalı, pasientin xəstəliklərinə, yaşına, cinsinə, bədən kütlə indeksinə, piylənmə nahiyəsi nəzərə alınaraq hazırlanmalı və tətbiq olunmalıdır",-deyə o əlavə edib.

Ləman Sərraf

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla