AZ

Mərkəzi Bank bank sektoru üzrə yeni rəqəmlər açıqladı

Mərkəzi Bank Bank sektoru üzrə göstəriciləri açıqalyıb.

Qeyd edilib ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 48,909.9 mln. manat, cəmi öhdəlikləri 42,612.5 mln. manat, balans kapitalı 6,297.5 mln. manat olmuşdur. Mart ayında bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 0.4%, 0,2% və 1.8% artmışdır.

Mart ayında bankların kredit portfeli 1.1% və ya 269.6 mln. manat artaraq 24,102.6 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.8% (13,201.5 mln. manat); ıı) istehlak kreditləri – 29.6% (7,141.9 mln. manat) və ııı) ipoteka kreditləri – 15.6% (3,759.2 mln. manat). Mart ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 137.8 mln. manat (+1.1%), 64.6 mln. manat (+0.9%) və 67.2 mln. manat (+1.8%) artmışdır. 

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir. 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.7%-i və ya 34,812.8 mln. manat. Depozit portfelinin 63%-i (21,944.3 mln. manat) hüquqi şəxslərin, 37%-i (12,868.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Fiziki şəxslərin əmanət portfelinin 56.2%-i (7,226.7 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 64.3%-i (8,280.4 mln. manat) milli valyutada, 35.7%-i (4,588.1 mln. manat) xarici valyutadadır. Hüquqi şəxslərin tələbli depozitləri 17,084.5 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.9%-ni təşkil etmişdir. 

Fiziki şəxslərin əmanətlərinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla) dollarlaşması mart ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3 faiz bəndi azalaraq 35.1% təşkil etmişdir. 

2024-cü ilin I rübündə banklar tərəfindən 311.5 mln. manat xalis mənfəət, 444.6 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir. Cari ilin yanvar-mart aylarında banklar tərəfindən ümumilikdə 72.9 mln. manat məbləğində mənfəət vergisi (2023-cü ilin müvafiq dövründə 68.4 mln. manat) ödənilmişdir.

31 mart 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 476, şöbələrinin sayı 103, ATM-lərin sayı 3,080 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 158 nəfər artaraq 24 min nəfəri üstələmişdir.

Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla