AZ

Bank sektoru üzrə yeni rəqəmlər - AÇIQLANDI

Mərkəzi Bank Bank sektoru üzrə göstəriciləri açıqalyıb.

FED.az AMB-yə istinadən xəbər verir ki,  fəaliyyətdə olan bankların cəmi aktivləri 48 milyard 909.9 milyon manat, cəmi öhdəlikləri 42 milyard 612.5 milyon. manat, balans kapitalı 6 milyard 297.5 milyon manat olmuşdur. Mart ayında bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 0.4%, 0,2% və 1.8% artmışdır.

Mart ayında bankların kredit portfeli 1.1% və ya 269.6 milyon manat artaraq 24 milyard102.6 milyon manat olmuşdur.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 54.8% (13 milyard 201.5 milyon manat);

ıı) istehlak kreditləri – 29.6% (7, milyard 141.9 milyon manat) 

ııı) ipoteka kreditləri – 15.6% (3 milyard 759.2 milyon manat). Mart ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 137.8 milyon manat (+1.1%), 64.6 milyon manat (+0.9%) və 67.2 milyon manat (+1.8%) artmışdır. 

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir. 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.7%-i və ya 34 milyard 812.8 milyon manat. Depozit portfelinin 63%-i (21 mlyard 944.3 milyon manat) hüquqi şəxslərin, 37%-i (12 milyard 868.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Fiziki şəxslərin əmanət portfelinin 56.2%-i (7 milyard 226.7 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 64.3%-i (8 milyard 280.4 milyon manat) milli valyutada, 35.7%-i (4 milyard 588.1 milyon manat) xarici valyutadadır. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 84.5 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.9%-ni təşkil etmişdir. 

Fiziki şəxslərin əmanətlərinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla) dollarlaşması mart ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3 faiz bəndi azalaraq 35.1% təşkil etmişdir. 

2024-cü ilin I rübündə banklar tərəfindən 311.5 milyon manat xalis mənfəət, 444.6 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir. Cari ilin yanvar-mart aylarında banklar tərəfindən ümumilikdə 72.9 milyon manat məbləğində mənfəət vergisi (2023-cü ilin müvafiq dövründə 68.4 milyon manat) ödənilmişdir.

31 mart 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 476, şöbələrinin sayı 103, ATM-lərin sayı 3,080 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 158 nəfər artaraq 24 min nəfəri üstələmişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
2
Mənbələr
Şərh ()
Bağla