AZ

SSRİ-nin dağılmasından sonra strateji nüvə silahlarının Belarusdan çıxarılması səhv qərar idi -Lukaşenko

Belarus lideri Aleksandr Lukaşenko bildirib ki, SSRİ-nin dağılmasından sonra strateji nüvə silahlarının ölkəsindən çıxarılması səhv qərar idi.

“İki sahil” xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

“Əgər mən o zaman qərar verməli olsaydım, biz heç vaxt strateji nüvə silahlarını Belarus ərazisindən çıxarmazdıq. Bu, ən güclü arsenal idi. Amma bu, amerikalıların xahişi ilə məndən əvvəl qərara alınıb”, - deyə o, qeyd edib.

O qeyd edib ki, indi Prezident kimi onun xahişi ilə Rusiyadan gələn nüvə silahları Belarusda yerləşdirilib.

Onun sözlərinə görə, bu, strateji deyil, taktiki silahdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla