AZ

“Avropanın ölmək riski var” - Makron

Fransa prezidenti Emmanuel Makron bu gün verdiyi açıqlamada Avropanı tənqid edib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Makron güclü Avropa qurmaq uğrunda mübarizənin qalib gəlməkdən uzaq olduğunu və Avropanın növbəti onillikdə qlobal rəqiblərindən geri qalmaq riski ilə üzləşdiyini söyləyib. Makron çıxışında, “Avropanın ölmək riski var” deyərək, Avropanın “düşmən qlobal güclərin risklərinə” çox yavaş fəaliyyət göstərdiyini bildirib. Fransa lideri bildirib ki, Avropa qırılma nöqtəsindədir və sürətlə silahlanan qlobal rəqiblərlə rəqabət aparmaq üçün daha çox iş görməlidir. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla