AZ

İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!

Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

“Ermənistanın Azərbaycandan qaz almasını müsbət hesab edirik. Biz bu məsələni müzakirə etməliyik. Bizim indi Rusiya Federasiyasından aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır”, - Simonyan qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 23-də Bakıda “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçıları qarşısında çıxışında bildirib ki, Azərbaycan Ermənistan ərazisilə qaz kəməri çəkə bilər: "Ermənistan regionda energetika şəbəkəsinə üzv ola bilər. Azərbaycan Ermənistan vasitəsilə Naxçıvana qaz kəməri çəkə bilər. Bu, əlverişsizdir. Amma bunun baş verməsi üçün Ermənistanın Azərbaycanla sülh sazişi bağlaması lazımdır. Bu, atılmalı olan ilk addımdır", - Əliyev deyib.

Seçilən
20
11
Mənbələr
Şərh ()
Bağla