AZ

Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

\"Ermənistanın Azərbaycandan qaz almasını müsbət hesab edirəm, bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır\", - Alen Simonyan qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
11

1Mənbələr

Şərh ()
Bağla