AZ

“Yüksəliş” müsabiqəsinin nəticələri açıqlandı

“Yüksəliş” müsabiqəsi iştirakçılarının səbirsizliklə gözlədiyi onlayn mərhələnin “Ümumi
biliklər imtahanı”nın nəticələri açıqlandı.

 

AzEdu.az xəbər verir ki, imtahanda iştirak edən 9784 nəfərdən 4278 nəfəri onlayn mərhələnin növbəti turunda iştirak etməyə haqq qazandı. İmtahanı uğurla başa vuran iştirakçılardan 3420 nəfəri kişi,858 nəfəri isə qadındır. Namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar üstünlük təşkil edir. Bakalavriat dərəcəsi üzrə universitetlərə qəbul ballarına nəzər saldıqda 500 baldan yüksək toplayan namizədlərin üstünlük təşkil etdiyi müşahidə olunur.

Universitetlər üzrə ən yüksək nəticəni Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, ADA Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının bakalavriat dərəcəsinin məzunları göstəriblər.


Qeyd edək ki, “Ümumi biliklər imtahanı” üçün təyin olunan keçid balı 60 idi. Ötən illərdə fərqli olaraq, builki müsabiqənin onlayn mərhələsi “Ümumi biliklər imtahanı” və “CV turu” olmaqla 2 hissədən ibarətdir. İmtahanı uğurla başa vuran 4278 nəfər may ayının 1-dən 10-dək davam edəcək CV turunda iştirak etməyə haqq qazanıblar.


“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini,  dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.


Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində
müvafiq Sərəncam imzalanıb.

Seçilən
95
50
Mənbələr
Şərh ()
Bağla