AZ

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

“Yüksəliş”

Bakı, 25 aprel, AZƏRTAC

“Yüksəliş” müsabiqəsi iştirakçılarının səbirsizliklə gözlədiyi onlayn mərhələnin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb.

Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edən 9 min 784 nəfərdən 4278 nəfəri onlayn mərhələnin növbəti turunda iştirak etməyə haqq qazanıb. İmtahanı uğurla başa vuran iştirakçılardan 3 min 420 nəfəri kişi, 858 nəfəri isə qadındır. Namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar üstünlük təşkil edir. Bakalavriat dərəcəsi üzrə universitetlərə qəbul ballarına nəzər saldıqda 500 baldan yüksək nəticə göstərən namizədlərin üstünlük təşkil etdiyi müşahidə olunur. Universitetlər üzrə ən yüksək nəticəni Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavriat səviyyəsinin məzunları göstəriblər.

Qeyd edək ki, “Ümumi biliklər imtahanı” üçün təyin olunan keçid balı 60 idi. Ötən illərdən fərqli olaraq, builki müsabiqənin onlayn mərhələsi “Ümumi biliklər imtahanı” və “CV turu” olmaqla 2 hissədən ibarətdir. İmtahanı uğurla başa vuran 4278 nəfər mayın 1-dən 10-dək davam edəcək “CV turu”nda iştirak etməyə haqq qazanıblar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10140
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8010
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
2672
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1647
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1556
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1537
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1503
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1003
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
704
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
594
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
537
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
503
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
377
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
353
Arda Gülər dayanmır, yenə fərqləndi -
331
Arda dubl etdi - VİDEO
297
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
282
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
239
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
236