AZ

Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb

Bu ilin aprel ayından Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb.

Bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Bakıda keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, Azərbaycan Macarıstana neft ixrac edir: "Bu ildən etibarən isə Azərbaycan qazının Macarıstana tam şəkildə təchizatına başlanılıb. Macarıstanla 100 milyon kubmetrlik müqaviləmiz var".

Seçilən
24
10
Mənbələr
Şərh ()
Bağla