AZ

Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"

"Bu ilin aprel ayından Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb".

525.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Bakıda keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, Azərbaycan Macarıstana neft ixrac edir: "Bu ildən etibarən isə Azərbaycan qazının Macarıstana tam şəkildə təchizatına başlanılıb. Macarıstanla 100 milyon kubmetrlik müqaviləmiz var".

S.Babayev vurğulayıb ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlığın bütün sahələri genişlənir, o cümlədən enerji əməkdaşlığı çoxşaxəlidir.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
11
Mənbələr
Şərh ()
Bağla