AZ

Naxçıvanın yeni Baş naziri Ceyhun Cəlilov kimdir? – DOSYE 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin təqdimatı və Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri vəzifəsinə Ceyhun Cəlilov təyin olunub. 

Bizim.Media Ceyhun Ramiz oğlu Cəlilovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT

 

Ceyhun Cəlilov 1987-ci ildə Şahbuz rayonunda anadan olub. 2000-2005-ci illərdə Naxçıvan Türk liseyində təhsil alıb.

O, 2005-ci ildə Dövlət İqtisad Universitetinə qəbul olub. 2010-12-ci illərdə Dövlət İqtisad Universitetində magistr təhsili aldıqdan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyaya gedib. 2012-13-cü illərdə sözügedən layihə çərçivəsində Böyük Britaniyanın Esseks Universitetində magistr təhsili alıb.

Ceyhun Cəlilov əmək fəaliyyətinə 2011-ci ildə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi kimi başlayıb. Bir il sonra – 2012-ci ildə BP şirkətində çalışmağa başlayıb. Ceyhun Cəlilov 2021-ci ilə kimi BP-də müxtəlif vəziflərdə işləyib. 2021-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. 2021-ci ilin avqust ayından etibarən DOST Agentliyində sədrin müşaviri vəzifəsini tutub.

2023-cü ilin martında isə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunub.

Bizim.Media
 

Seçilən
22
45
Mənbələr
Şərh ()
Bağla