AZ

NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏSINDƏN AZAD OLUNDU - Yerinə Cəlilov təyin edildi

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov vəzifəsindən azad olunub.Bu barədə müvafiq qərar qəbul edilib.Məlumata görə, Azərbaycan Prezidentinin təqdimatı və Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri vəzifəsinə Ceyhun Cəlilov təyin olunub.Qeyd edək ki, Səbuhi Məmmədov 2020-ci ilin mayında o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Vasif Talıbov tərəfindən baş nazir təyin olunub. Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb. O, Vasif Talıbovun əsas kadrlarından hesab olunur. Vasif Talıbov vəzifəsindən uzaqlaşdırılandan sonra da Səbuhi Məmmədovla əlaqələri qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
45
Mənbələr
Şərh ()
Bağla