AZ

Google İsrail əleyhinə etirazlar fonunda 20 əməkdaşını işdən çıxardı

Google İsrail hökuməti ilə edilən sazişə etiraz edən 20 əməkdaşını işdən çıxarıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bununla da işdən çıxarılan işçilərin ümumi sayı 50 nəfərə çatıb. Etirazları təşkil edən “No Tech for Apartheid” qrupunun məlumatına görə, işdən çıxarılanların bəziləri fəal iştirak etməsələr də, aksiya zamanı iştirak edən insanlardır. Google sözçüsü etirazlara görə işdən çıxarılan işçilərin sayını bölüşmək istəməyib, lakin əlavə ixtisarların baş verdiyini təsdiqləyib. Əfsanə Rəcəb Manşet.az

 

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla