AZ

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilir - YENİLƏNİR

Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilir. SİA xəbər verir ki, iclasda iştirak etmək üçün Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və P.Siyarto arasında keçirilən təkbətək görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və iclasın gündəliyindəki məsələlərə dair fikir mübadiləsi aparılıb.

Müəllif: Səbinə Hüseynli
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla