AZ

"İkigünlük təlimlərə xarici ekspertlər cəlb olunub” - QURUM RƏSMİSİ

“Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun təşkilatçılığı ilə dövlət orqan və ictimai sektor qurumlarının media subyektləri ilə birgə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eyni zamanda, yeni media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması məqsədilə silsilə təlimlər həyata keçirilir. Bu silsilə təlimlər çərçivəsində növbəti təlim “Böhran kommunikasiyası” mövzusundadır”. SİA xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva “Böhran kommunikasiyası” təlimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi bildirib ki, böhran baş verdikdə onun effektiv idarə olunması, eyni zamanda, kommunikasiyası üçün strategiya və davranış alqoritmlərinin öncədən müəyənləşdirilməsi bu vəziyyətdə dövlət qurumlarının daha çevik və hazırlıqlı olmalarını təmin edə bilər: “Böhran vəziyyətləri zamanı dövlət qurumları tərəfindən kommunikasiyanın əlaqələndirilmiş və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqəsdilə ikigünlük təlimlərə xarici ekspertlər cəlb olunub”.

““High Park Communications” media şirkətinin təsisçisi və direktoru Kolin Gibson media və ictimaiyyətlə əlaqələr üzrə dünyanın aparıcı kommunikasiya ekspertlərindən biridir”, - deyə S.Şəfiyeva qeyd edib.

Ləman Sərraf

Seçilən
18
2
Mənbələr
Şərh ()
Bağla