AZ

Ərəb Birliyi ABŞ və Aİ-dən İsrailə silah satışını dayandırmağı tələb edir

Ərəb Birliyi ABŞ və Avropa Birliyi ölkələrini İsrailə silah və sursat ixracını dayandırmağa çağırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ərəb Birliyi İsrail ordusunun 200 gündən artıqdır ki, hücumlarını davam etdirdiyi Qəzza zolağında baş verənləri müzakirə etmək üçün daimi nümayəndələr səviyyəsində fövqəladə iclas keçirib.

Misirin rəsmi xəbər agentliyi MENA-nın məlumatına görə, birlik İsrailin Qəzza zolağı, İordan çayının qərb sahili və Məscidül-Əqsada Fələstin xalqına qarşı təcavüzü və soyqırımını qətiyyətlə pisləyib. İsrail ordusunun Rəfah şəhərinə hücum niyyətinin Fələstin xalqına qarşı yeni bir qətliam mənasına gəldiyinə dair xəbərdarlıq edən birlik, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının BMT-nin 7-ci fəslinin maddələrinə uyğun olaraq bəyanat yaydığını bildirib. İsrailin atəşkəsə uyğun gəlməsini təmin edən nizamnamə və humanitar yardımların daxil olması üçün bir dəfə daha qərar verməsini istəyib. Birlik həmçinin Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tam üzvlük müraciətinə ABŞ-ın veto qoymasını pisləyib.

Müəllif: Səbinə Hüseynli
Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla