AZ

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb

İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfər Türkiyə xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

“Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb”, - nazir “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Onun sözlərinə görə, 10 şəxs Suriya ilə həmsərhəd Hatay vilayətində saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
50
Mənbələr
Şərh ()
Bağla