AZ

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:

"Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimiz reklam xarakterli olduğu üçün pulsuz başa gəlir. Çünki mənim instaqram səhifəmdə 1 milyon 800 minə yaxın izləyicim var.

Həmişə arzum olub ki, dünyanı gəzim. Şükür ki, Zakir çıxdı qarşıma. Həm həkimdir, həm də səyyahdır. Biri-birimizə qoşulub gəzirik".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
10
3
Mənbələr
Şərh ()
Bağla