AZ

Rekord məbləğdə vəsait ayrılıb

Asiya İnkişaf Bankı (AİB) 2023-cü ildə Asiya-Sakit Okean regionun davamlı inkişafında irəliləyiş əldə etməyə dəstək olmaq üçün 23.6 milyard dollar, o cümlədən iqlim dəyişikliyi ilə mübarizəyə 9.8 milyard dollar ayırıb.

Fins.az xəbər verir ki, bu rəqəmlər AİB-in 2023-cü il üzrə İllik Hesabatında açıqlanan maliyyə və əməliyyat nəticələri kimi qeyd olunub. Hesabatda AİB-in inkişaf etməkdə olan üzv ölkələrə digər çətinliklərlə yanaşı, kəskinləşən iqlim böhranı, o cümlədən münaqişələrin, qida təhlükəsizliyində çatışmazlıqların və artan borc yüklərinin təsirlərini aradan qaldırmaq üçün göstərdiyi dəstək yer alıb.

AİB prezidenti Masatsuqu Asakava bildirib ki, “AİB Asiya və Sakit Okean regionun iqlim bankı kimi səylərini davam etdirib. Ötən il iqlim dəyişikliyin təsirləri ilə mübarizəyə dair maliyyələşdirməmiz rekord həddə çatıb. İqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin minimallaşdırılması üçün investisiyalarımız iqlimə davamlı kənd təsərrüfatı, bərpa olunan enerji və aşağı karbon tullantılı nəqliyyata yönəldilib.”

Hökümətlərə və özəl sektora kreditlər, qrantlar, səhm investisiyaları, zəmanətlər və texniki yardım vasitəsilə 23 milyar dollar ayrılıb. Öz resurslarından əlavə AİB güclü tərəfdaşlıqları vasitəsilə müştərək maliyyələşdirmə üçün əlavə 16.4 milyard dollar vəsait cəlb edib.

AİB davamlı inkişaf üçün zəruri olan yüksək keyfiyyətli enerji, nəqliyyat və digər infrastrukturların qurulmasına investisyalar ayırıb. O, təhsil və səhiyyəyə dəstəyini artırmaqla regionun insan kapitalını daha da gücləndirib.

Gender bərabərsizliyinin aradan qaldırılması bankın fəaliyyəti üçün əsas məsələlərdən bir olaraq qalır. Bankın 2023-cü ildəki demək olar ki, bütün əməliyyatları iqlim dəyişikliyinin gender üzrə qeyri-bərabər təsirlərinin yumşaldılmasına dəstək də daxil olmaqla, bu sahə üzrə mövcud çatışmazlıqların azaldılmasına töhfə verib.

Hesabatda AİB-in öz fəaliyyətlərini daha da təkmilləşdirərək regionun Dayanıqlı İnkişaf Məqsədlərinə daha tez nail olması üçün necə dəstək olduğu qeyd olunub.  2023-cü ildə təqdim olunan kapitalın idarəedilməsi üzrə əsas islahatlar növbəti on il ərzində 100 milyard dollar məbləğində yeni kreditləşdirmə imkanları yaradaraq bankın gələcək kredit əməliyyatlarını gücləndirəcəkdir. AİB həmçinin 2023-cü ildə bankın müştərilərinə göstərdiyi xidməti daha da təkmilləşdirməyə təkan verən yeni əməliyyat modelinə keçid edib.

Cənab Asakava: “Yeni əməliyyat modelimiz AİB-ə inkişaf etməkdə olan üzv ölkələrə daha yaxşı, daha sürətli və daha fərdi dəstək göstərmək üçün lazım olan əsas dəyişiklikləri həyata keçirməyə imkan verir”.

AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.

Seçilən
40
3
Mənbələr
Şərh ()
Bağla