AZ

ADB iqlim dəyişikliyi ilə mübarizəyə 10 milyard ABŞ dollarına yaxın vəsait ayırıb

Asiya İnkişaf Bankı (ADB) 2023-cü ildə Asiya-Sakit Okean regionun davamlı inkişafında irəliləyiş əldə etməyə dəstək olmaq üçün 23,6 milyard ABŞ dolları, o cümlədən iqlim dəyişikliyi ilə mübarizəyə 9,8 milyard ABŞ dolları ayırıb.

“İki sahil” ADB-yə istinadən xəbər verir ki, bu rəqəmlər bankın 2023-cü il üzrə illik hesabatında qeyd olunub. Hesabatda ADB-nin inkişaf etməkdə olan üzv ölkələrə digər çətinliklərlə yanaşı, kəskinləşən iqlim böhranı, o cümlədən münaqişələrin, qida təhlükəsizliyində çatışmazlıqların və artan borc yüklərinin təsirlərini aradan qaldırmaq üçün göstərdiyi dəstək yer alıb.

ADB prezidenti Masatsuqu Asakava bildirib ki, ADB Asiya və Sakit Okean regionun iqlim bankı kimi səylərini davam etdirib: “Ötən il iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə dair maliyyələşdirməmiz rekord həddə çatıb. İqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin minimallaşdırılması üçün investisiyalarımız iqlimə davamlı kənd təsərrüfatı, bərpa olunan enerji və aşağı karbon tullantılı nəqliyyata yönəldilib”.

Hökumətlərə və özəl sektora kreditlər, qrantlar, səhm investisiyaları, zəmanətlər və texniki yardım vasitəsilə 23 milyard ABŞ dolları ayrılıb. Öz resurslarından əlavə ADB güclü tərəfdaşlıqları vasitəsilə müştərək maliyyələşdirmə üçün əlavə 16,4 milyard ABŞ dolları vəsait cəlb edib.

ADB davamlı inkişaf üçün zəruri olan yüksək keyfiyyətli enerji, nəqliyyat və digər infrastrukturların qurulmasına investisiyalar ayırıb. O, təhsil və səhiyyəyə dəstəyini artırmaqla regionun insan kapitalını daha da gücləndirib.

Gender bərabərsizliyinin aradan qaldırılması bankın fəaliyyəti üçün əsas məsələlərdən bir olaraq qalır. Bankın 2023-cü ildəki demək olar ki, bütün əməliyyatları iqlim dəyişikliyinin gender üzrə qeyri-bərabər təsirlərinin yumşaldılmasına dəstək də daxil olmaqla, bu sahə üzrə mövcud çatışmazlıqların azaldılmasına töhfə verib.

Hesabatda ADB-nin öz fəaliyyətlərini daha da təkmilləşdirərək regionun Dayanıqlı İnkişaf Məqsədlərinə daha tez nail olması üçün necə dəstək olduğu qeyd olunub. 2023-cü ildə təqdim olunan kapitalın idarəedilməsi üzrə əsas islahatlar növbəti on il ərzində 100 milyard ABŞ dolları məbləğində yeni kreditləşdirmə imkanları yaradaraq bankın gələcək kredit əməliyyatlarını gücləndirəcək. ADB, həmçinin 2023-cü ildə bankın müştərilərinə göstərdiyi xidməti daha da təkmilləşdirməyə təkan verən yeni əməliyyat modelinə keçid edib.

“Yeni əməliyyat modelimiz ADB-yə inkişaf etməkdə olan üzv ölkələrə daha yaxşı, daha sürətli və daha fərdi dəstək göstərmək üçün lazım olan əsas dəyişiklikləri həyata keçirməyə imkan verir”, - deyə M. Asakava vurğulayıb.

ADB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir.

Qeyd edək ki, ADB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8284
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5327
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5159
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4880
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4688
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3814
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3105
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2856
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2799
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2775
Sabah 20 dərəcə isti olacaq
2707
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2301
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2273
Röyanın biabırçı videosu yayıldı
2254
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2116
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2093
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1881
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
1688
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1688