AZ

Azərbaycan kubokunda ilk FİNALÇI

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.   Manset.az  xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Qəbələ”ni 2 cavabsız qolla məğlub edən “Zirə” həlledici matça vəsiqə əldə edib. Qarşılaşmada hər iki qol ikinci hissədə vurulub. 58-ci dəqiqədə Vladislav Kulaç, 84-cü dəqiqədə isə Rafael Utziq meydan sahiblərinin qapısına yol tapıblar. Bakıdakı ilk görüşdə 2:1 hesablı qələbə qazanan paytaxt təmsilçisi iki matçın nəticəsinə (4:1) əsasən adını finala yazdırıb. Yarımfinalın digər cavab oyununda “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da olacaq.

Seçilən
29
5
Mənbələr
Şərh ()
Bağla