AZ

“Zirə” 2-ci pilləyə döndü, “Araz-Naxçıvan”ın qələbəsiz seriyası 9 oyuna çatdı - TURUN İCMALI

31-ci tur məhsuldarlığına görə çempionata xüsusi rəng qatdı.

Qapılara 18 qol vuruldu. Bundan öncə belə məhsuldarlıq 10-cu və 16-cı turlara təsadüf edir (19 qol). Bu dəfə də sürpriz nəticələr qeydə alındı. Xüsusən də ilk iki qarşılaşma diqqəti çəkdi. “Turan Tovuz” ən önəmli silahı olan “12-ci oyunçu”nun, yəni azarkeşlərinin gözü qarşısında darmadağın oldu. Çempionluğu rəsmiləşdirən “Qarabağ” isə sonuncu pillədə qərarlaşan “Qənələ” ilə bacarmadı. Bununla da ağdamlılar ardıcıl ikinci matçda xal itirdi.
Turun Tovuzda keçirilən ilk oyunu ilə bağlı çoxlarının fikri doğrulmadı. Söhbət ondan getmir ki, “Sumqayıt” zəifdi və ya belə qələbəyə layiq deyildi. Sadəcə, “Turan Tovuz”un cari mövsümdə öz meydanında heç bir rəqibdən 4 qol görməmişdi. Hər halda, “Qəbələ” üzərində qələbədən sonra iştahı artan tovuzlular sarsıdıcı zərbə aldı.

Çempionluğu 28-ci turda rəsmiləşdirən “Qarabağ”ın ardıcıl ikinci premyer-liqa matçından 3 xalla ayrıla bilməməsi təəccüb doğurdu. Fəqət anlamaq olar. Axı komandanı qarşıda kubok oyunu da gözləyir. Doğrudu, kubok duelinin taleyi böyük ehtimalla həll edilib. Çünki indiki “Neftçi”nin 0:4 hesablı məğlubiyyətdən sonra geridönüş etməsi mümkünsüzdü. Hər halda, Qurban Qurbanov riskə getməyərək, futbolçularını çox yormadı. “Qəbələ” isə suda boğulan adam kimi saman çöpündən yapışıb. “Qırmızı-qaralar” onlara hava və su kimi vacib olan 1 xalı qazandı, ən yaxın rəqibi “Kəpəz”in də məğlub olmasından yararlanaraq aradakı xal fərqini 14-ə endirdi. Ancaq heç kim elitada qalmaqla bağlı möcüzəyə inanmır. Etiraf etmək lazımdı ki, heç “Qəbələ”nin də düşərgəsində buna inanan yoxdu!

Hazırda avrokuboklara vəsiqə qazanmaq potensialında olan iki komanda varsa, biri də “Neftçi”di. Həm maliyyə, həm oyunçu keyfiyyəti, həm də infrastruktur baxımından. Amma paytaxt təmsilçisi gözləntiləri doğrultmur. Komandanın hələ də oyun tərzi sabitləşməyib. Adrian Mutunu uğursuz nəticələrə görə göndərən rəhbərlik Miodraq Bojoviçdən də istədiyini ala bilmir. Monteneqrolu mütəxəssis hər dəfə vaxta ehtiyac duyduğunu deyir. Amma nə vaxta kimi?! “Zirə”yə, Rəşad Sadıqova isə sadəcə, əhsən düşür. Azlıqda qalmasına baxmayaraq, müdafiəyə çəkilmədi, dəyişikliklərlə orta sahəni gücləndirdi. Nəticə də gənc mütəxəssisin doğru qərar verdiyini göstərdi.

“Kəpəz” Tovuzda ümumilikdə pis təsir bağışlamasa da, “Sabah”ın futbolçularının fərdi keyfiyyəti sayəsində qələbə qazandığını demək mümkündü. Masazır təmsilçisi öz növbəsində ardıcıl iki məğlubiyyətdən sonra qazandığı iki qələbəylə “avrokubok zonası”ndan gözünü çəkmədi. “Səbail” də hesabat turunda qələbə qazanmaqla avrokuboklara vəsiqə uğrunda mübarizədən çəkilmədiyini göstərdi. Hazırda ilk “altılıq”da qərarlaşan komandanın bu mövsüm üçün müəyyənləşdirilən hədəfə çatdığını deyə bilərik. Amma necə deyərlər, iştah diş altındadı! Elmar Baxşıyev isə yeni komandası “Araz-Naxçıvan”la ardıcıl ikinci məğlubiyyətini aldı. Belə görünür ki, naxçıvanlıların dərdinə əlac tapmaq çətindi. Fikir verin, onlar sonuncu dəfə fevralın 13-də “Neftçi” üzərində qələbəyə sevinib. “Qırmızı-ağlar” sonrakı 9 oyunun 7-də uduzub, 2-də heç-heçə edib. Belə nəticələrlə ancaq autsayder olmaq mümkündü!

Misli premyer-liqası
4-cü dövrə, 31-ci tur
19 aprel
Turan Tovuz – Sumqayıt 1:4
20 aprel
Qarabağ – Qəbələ 2:2
Zirə - Neftçi 3:1
21 aprel
Kəpəz – Sabah 1:2
Araz-Naxçıvan - Səbail 0:2
1. Qarabağ 31 23 4 4 85-31 73
2. Zirə 31 13 10 8 29-19 49
3. Sumqayıt 31 12 11 8 32-34 47
4. Neftçi 31 13 8 10 40-33 47
5. Sabah 31 13 7 11 44-38 46
6. Səbail 31 11 9 11 47-49 42
7. Turan Tovuz 31 11 9 11 47-44 42
8. Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9. Kəpəz 31 8 7 16 36-59 31
10. Qəbələ 314 5 22 23-60 17
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 17, Aleksandr Ramalinqom (Səbail) - 13, Yassin Benzya (Qarabağ) – 12.
Növbəti turun proqramı
27 aprel, 18.00. Sabah – Səbail
28 aprel, 15.30. Qəbələ - Kəpəz
28 aprel, 17.45. Neftçi – Turan Tovuz
28 aprel, 20.00. Sumqayıt - Qarabağ
29 aprel, 19.00. Zirə - Araz-Naxçıvan

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
9010
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5514
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5339
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5123
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5034
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3924
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3192
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3079
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3074
Sabah 20 dərəcə isti olacaq
2827
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2822
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2627
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2403
Röyanın biabırçı videosu yayıldı
2342
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2334
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2201
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2135
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2086
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1780
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1723