AZ

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Abbasqulu ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri müasir əlifbada nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Əsəri əski əlifbadan transfoneliterasiya edib nəşrə hazırlayan Əlyazmalar İnstitutunun sabiq əməkdaşı, görkəmli əlyazmaşünas və tərcüməçi Arif Ramazanovdur.

“Riyazül-Qüds” XIX əsr görkəmli Azərbaycan maarifçisi, yazıçı, şair, ensiklopedik zəka sahibi Abbasqulu ağa Bakıxanovun ana dilində yazdığı irihəcmli bədii əsərlərindən biridir. Əsasən nəsrlə qələmə alınan, məqtəl nümunəsi olan bu əsərdə ərəb, fars və türk dillərində yazılmış nəzm parçaları verilib ki, onların çoxu A.Bakıxanovun öz qələminin məhsulu, ilk qələm təcrübəsidir.

Əsərin transfoneliterasiyasından əlavə, kitaba “Riyazül-Qüds”ün əlyazma nüsxəsinin fotofaksimilesi və Səadət Qarabağlının “Riyazül-Qüds” əsərlərinin əlyazma katibi Məşədi Ocaqverdi oğlu Mirzə Haqverdi Qarabaği haqqında məlumat” adlı məqaləsi də daxil edilib.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova, “Ön söz” müəllifi akademik Möhsün Nağısoyludur. Kitabın cildində qeyd olunmuş ərəb qrafikalı yazılar Hacı Mustafa Mailoğlu tərəfindən yazılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
2
azertag.az

7Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh