AZ

İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) Amazon-u  cərimələyib.   Manset.az İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM)  məlumat yayıb. MəlumatdaŞ Amazonun İtaliyadakı internet saytında satın alma variantının avtomatik olaraq "təkrarlanan dövri alış" vəziyyətinə gətirildiyi və bunun istehlakçı seçimlərini məhdudlaşdırdığı və istehlakçının həqiqətən ehtiyacı olmasa belə o məhsulu almağa təşviq etdiyi bildirilir. Qurumun bu səbəbdən Amazon-u 10 milyon avro cərimələdiyi qeyd edilib. Amazonun bu cəzanı şikayət edəcəyini və şirkətin bu  qərarla razılaşmadığını, müştərilərinin cərimə predmeti olan “Abunə ol və qənaət et” proqramı sayəsində pula qənaət etdiyini bildirib. Qeyd edilib ki, Amazon-un törəmə şirkətləri, Lüksemburqda yerləşən AmazonServices Europe və Amazon EU da cəzadan təsirlənib. Jalə

Manşet.az

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla