AZ

AVF ilə GVF arasında memorandum imzalandı

Azərbaycan Voleybol Federasiyası (AVF) və Gürcüstan Voleybol Federasiyası (GVF) arasında memorandum imzalanıb.

Futbolinfo.az xəbər verir ki, sənədi AVF-nin prezidenti Şahin Bağırov və ölkəmizdə səfərdə olan GVF-nin prezidenti Georgi Kartvelişvili imzalayıblar.

Aprelin 23-də qadın voleybolçular arasında Azərbaycan çempionatının final qarşılaşmasından əvvəl baş tutan imzalanma mərasimində AVF-nin nümayəndələri də iştirak ediblər.

Memorandumda iki ölkənin federasiyaları arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi əksini tapıb. Tədbirdə bildirilib ki, imzalanan bu sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.

Seçilən
38
6
Mənbələr
Şərh ()
Bağla