AZ

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.

Qurumdan Msport.az-a verilən məlumata görə, sənədi AVF-nin prezidenti Şahin Bağırov və ölkəmizdə səfərdə olan GVF-nin prezidenti Georgi Kartvelişvili imzalayıblar.

Anlaşmada iki ölkənin federasiyaları arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi əksini tapıb. Tədbirdə bildirilib ki, imzalanan sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
6
msport.az

7Mənbələr

Şərh ()
Bağla