Almaniyanın Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin verilməsi ilə bağlı mövqeyi dəyişməyib.
“İki sahil” "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Rişi Sunakla keçirdiyi mətbuat konfransında Almaniya kansleri Olaf Şolts bildirib.
O.Şolts qeyd edib ki, Almaniya Ukraynanı çoxsaylı raket sistemləri ilə təchiz etməyə davam edəcək, çünki bu, onun “vəzifəsidir”.