AZ

Almaniyanın mövqeyi dəyişməyib-Olaf Şolts

Almaniyanın Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin verilməsi ilə bağlı mövqeyi dəyişməyib.

“İki sahil” "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Rişi Sunakla keçirdiyi mətbuat konfransında Almaniya kansleri Olaf Şolts bildirib.

O.Şolts qeyd edib ki, Almaniya Ukraynanı çoxsaylı raket sistemləri ilə təchiz etməyə davam edəcək, çünki bu, onun “vəzifəsidir”.

Eyni zamanda, kanslerin sözlərinə görə, digər ölkələr də öz təhlükəsizlik tələblərinə baxmayaraq, Ukraynaya Patriot verə biləcəklər. Çünki sistemlər vəziyyəti dəyişə və ölkənin hava hücumundan müdafiəsini gücləndirə bilər.
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla