AZ

“Dövlət investisiyalarının əsas mənbəyi neft-qazdan gələn valyutadır” - İQTİSADÇI DANIŞDI

“Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki vəziyyətinə qayıdıb. Yəni, iqtisadi artım göstəriciləri pandemiyadan əvvəlki vəziyyəti bərpa edib. Neft-qazdan asılılıq isə azalmayıb, əksinə daha da artıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

İqtisadçı bildirib ki, neft-qaz ixracı yenə də Azərbaycan ixracının 90 faizin üzərində gəlirləri təmin edir: “Qeyri-neft sektorunun inkişafı isə dinamik şəkildə davam edir. Son illərdə, xüsusilə də son 3 il ərzində də əsas iqtisadi artımın mənbəyi qeyri-neft sektorudur. Amma burada mühüm nüans ondan ibarətdir ki, neft-qazdan gələn gəlirlər bu sektorda xərclənir. Məsələn, 2024-cü ilin ilk üç ayında da qeyri-neft sektoru 7 faizə qədər artıb. Ümumi dörd faiz iqtisadi artımın yeddi faizini qeyri-neft sektoru təşkil edir. Hansı ki, neft-qaz sektorunda cüzi artım müşahidə edilib. Məsələ ondan ibarətdir ki, burada əsasən tikinti və dövlət investisiyalarının hesabına artım olub. Dövlət investisiyalarının əsas mənbəyi isə neft-qazdan gələn valyutadır.

Kənd təsərrüfatı da ənənəvi olaraq iqtisadiyyatın beş-altı faizini təşkil edir. Amma burada da il ərzindəki artımlar 2-3 faiz qədər olur, ciddi dəyişiklik görülmür”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla