AZ

Ombudsman Böyük Britaniya səfiri ilə Ermənistanın Azərbaycana qarşı mina terrorundan danışdı

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva Böyük Britaniya və Şimali İrlandiyaBirləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auldu qəbuledib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Ombudsmanəvvəlki görüşü məmnunluqla xatırladaraq, əməkdaşlıqla bağlısəmərəli müzakirələrin aparılmasında bu cür görüşlərin əhəmiyyətinivurğulayıb.

Beynəlxalq qurumlarla əməkdaşlığa önəm verildiyini söyləyənMüvəkkil xarici ölkələrin ombudsman və milli insan hüquqlarıinstitutları ilə əməkdaşlıq əlaqələrindən bəhs edib, bir sıratəsisatlarla anlaşma memorandumlarının imzalandığını bildirib. O,BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal prosesindəsözügedən quruma dövri məruzələrin təqdim olunduğunu, təsisatın buprosesdə fəal iştirak etdiyini diqqətə çatdırıb.

S.Əliyeva Ombudsman haqqında Qanuna edilmiş son dəyişikliklərdəndanışaraq, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi,bərabərlik hüququnun təmin olunması və ayrı-seçkiliyin qarşısınınalınması sahəsində mandatının genişləndiyini qeyd edib.

Müvəkkil Ermənistan tərəfindən işğal dövründə Azərbaycantorpaqlarında törədilmiş mina terrorundan danışıb, basdırılmışminaların keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərətəhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuqişlərinə ciddi maneə yaratdığını bildirib. O, Böyük Britaniyatərəfindən minatəmizləmə sahəsində ölkəmizə göstərilən dəstəyinyüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Son illərdə ölkəmizin ev sahibliyi etdiyi bir sıra mühümbeynəlxalq tədbirlər barədə də məlumat verən Ombudsman cari ildəölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP29 çərçivəsində mümkün əməkdaşlıq perspektivləri barədə fikirmübadiləsi aparılıb.

Görüşdə, həmçinin insan hüquqlarının müdafiəsi sahəsində gələcəkəməkdaşlıq perspektivləri müzakirə olunub.

Məqalədə:
Seçilən
14
10
Mənbələr
Şərh ()
Bağla