AZ

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auldu məlumatlandırıb.

Ombudsman səfirlə görüşündə xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələrindən bəhs edib, bir sıra təsisatlarla anlaşma memorandumlarının imzalandığını bildirib. O, BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal prosesində sözügedən quruma dövri məruzələrin təqdim olunduğunu, təsisatın bu prosesdə fəal iştirak etdiyini diqqətə çatdırıb.

S.Əliyeva Ombudsman haqqında Qanuna edilmiş son dəyişikliklərdən danışaraq, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin olunması və ayrı-seçkiliyin qarşısının alınması sahəsində mandatının genişləndiyini qeyd edib.

Müvəkkil Ermənistanın mina terroruna toxunaraq, basdırılmış minaların keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını bildirib. O, Böyük Britaniya tərəfindən minatəmizləmə sahəsində ölkəmizə göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
10
Mənbələr
Şərh ()
Bağla