AZ

“Gənclərimiz ölkənin gələcəyi olduqlarını unutmamalıdırlar” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan gəncliyi xoşbəxt gənclikdir ki, dövlət olaraq gənclərə böyük diqqət göstərilir, hər zaman bütün qapılar açıq olur. Hələ Ulu Öndər hakimiyyətə gəldikdə ilk yaratdığı nazirliyin Gənclər və İdman Nazirliyi olması dediklərimizə bariz nümunədir. Sonradan gənclər forumlarının keçirilməsi, gənclər gününün təsis edilməsi, müvafiq dövlət proqramlarının qəbul olunması Prezident İlham Əliyevin də bu sahəyə ciddi dəstək olduğunun göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, ölkə başçısı hər zaman gənclərin yanında olduğunu bildirib: “Bütün bunlar gənclərin hərtərəfli inkişafında önəmli rol oynayan məsələlərdir.

Azərbaycan gəncləri üzərinə düşən böyük məsuliyyəti dərk edir və heç bir zaman onlara olan güvəni boşa çıxarmır. Azərbaycan gənci 44 günlük Vətən müharibəsindəki qələbəmiz və gənclərin buradakı rolu ilə bir daha bütün dünyaya Vətəni sevmək dərsi vermiş oldu. Gənclər potensiallarının üzə çıxarılması üçün müasir biliklərə sahib olmalı, çox çalışmalıdırlar. Gənclər üçün bu gün bütün imkanlar açıqdır. Dövlət strukturlarında da kifayət qədər gənc kadrlar var. Gənclərimiz də ölkənin gələcəyi olduqlarını unutmamalıdırlar”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla