AZ

BMU-da “Mübariz” filminin təqdimatı keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi “Mübariz” filminin təqdimatı keçirilib.

 

AzEdu.az xəbər verir ki, BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Sonra filmin istehsalında əməyi olan “Munis Production” şirkətinin nümayəndəsi Emin Yaqubzadə çıxış edib. Şəhidlik zirvəsinin müqəddəsliyi ilə bağlı tələbələrə fikirlərini çatdıran natiq filmdə yalnız Vətənə sədaqət və məhəbbətin tərənnümü deyil, ailə dəyərləri, elmə maraq kimi istiqamətlərin də əks olunduğunu bildirib.

 

Daha sonra film nümayiş etdirilib. Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunda və döyüşüb şəhadətə qovuşduğu Tərtər rayonunda qeydə alınan filmin baş prodüseri və ssenari müəllifi Nicat Mənalıdır. Mübariz İbrahimovun həyatından və şücaətindən bəhs edən filmdə Milli Qəhrəmanı Hüseyn Əliyev, onun valideynlərini isə Flora Hüseynova və Şamil Süleymanov canlandırıb.

 

Dərin təəssürat yaradan film alqışlarla qarşılanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
3
azedu.az

4Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh